Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 12:48:51
Gələn ildən məzunlar dövlət imtahanı verməyəcək

Dövlət imtahanının ləğvi bu il məzun olanlara şamil edilməyəcək.


AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.


O bildirib ki, dövlət imtahanının ləğvi barədəki qərar 2023-2024 tədris ilində məzun olanlara aid  ediləcək.


Y.Piriyevin sözlərinə görə, 2023-2024-cü tədris ilində tələbələrin 70 faizi dövlət imtahanı verməkdən azad olacaqlar.

 

 

"Gələn il iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət, kənd təsərrüfatı və tibb təhsili ixtisaslarında oxuyan tələbələr dövlət imtahanı verməyəcəklər", - deyə o bildirib.

 

Y.Piriyev qeyd edib ki, orta ixtisas təhsili müəssisələrində yekun attestasiya aparılmayacaq.

 

"Bu il tələbələrin 50, gələn il isə 100 faizi yekun attestasiya imtahanı verməyəcəklər".