Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 14:59:00
Uşaqlara birdəfəlik ödəniş veriləcək

Rusiyada uşaqlı ailələrə Uşaqların Beynəlxalq Müdafiəsi Günü üçün yaşayış minimumunun 20 faizi məbləğində illik ödəniş təyin edilə bilər.

AzEdu.az saytı xəbər verir ki, bu barədə LDPR fraksiyasının mətbuat xidməti bildirib.

Partiya Rusiya Dövlət Dumasına təqdim etmək üçün belə bir qanun layihəsi hazırlayıb.

"Əksər valideynlər Uşaqların Beynəlxalq Müdafiəsi Günü övladlarını onlarla birlikdə müxtəlif bayram tədbirlərinə, kafe və kinoteatrlara apararaq onları sevindirməyə çalışır. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı qanun layihəsində nəzərdə tutulan kiçik ödəniş böyüklərə uşaqlara sevinc və təbəssüm bəxş etməyə imkan verəcək, eyni zamanda uşaqların hüquq və qanuni mənafelərinə hörmətlə yanaşmağın zəruriliyini qeyd edəcək”, - deyə sənəddə bildirilib.

Bununla əlaqədar, 2024-cü ildən 16 yaşına çatmamış uşaqların valideynlərinə (övladlığa götürənlər, qəyyumlar) federal büdcə hesabına Uşaqların Müdafiəsi Günündə illik ödənişin təmin edilməsi təklif olunur. Rusiyada 2023-cü ildə təsdiq edilmiş 14,37 min rubl yaşayış minimumu əsasında ödənişin məbləği 2,8 min rubl ola bilər.