Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 15:04:51
Bu müəllimlər MİQ-də imtahansız İŞTİRAK EDƏCƏKLƏR

Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi bu gün başa çatıb.


Elm və Təhsil Nazirliyi artıq qeydiyyatını tamamlayaraq təsdiq etmiş namizədlərin elektron ərizələrinin emalı prosesinə start verib. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, ötən illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.

AzEdu.az xəbər verir ki, builki MİQ müsabiqəsində bəzi müəllimlər diaqnostik qiymətləndirmə nəticəsi ilə iştirak edə biləcəklər.


Bununla bağlı Təhsil İnstitutundan bildirilib:


“Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş, müsabiqədə diaqnostik qiymətləndirmə nəticəsi ilə iştirak edəcək şəxslərdən müvafiq təsdiqedici sənədlər tələb olunur. Həmin sənədlərin 22-30 may tarixlərində həyata keçirilmiş qeydiyyat prosesi zamanı vahid bir faylda toplanaraq pdf variantda şəxsi kabinetdəki müvafiq xanaya yüklənilməsi vacib idi”.


Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 2014-2017-ci illərdə aparılıb.