Azedu.az

İctimai fəallığı ilə seçilən tələbə və magistrantlar mükafatlandırılıb

Ali təhsil

Maraqlı

Seçilmişlər

Magistratura

25 May 2023, 14:40
İctimai fəallığı ilə seçilən tələbə və magistrantlar mükafatlandırılıb

Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestri ərzində konfranslarda, bilik və idman yarışlarında, layihələrdə və digər müxtəlif formatlı tədbirlərdə fəal iştirak etmiş tələbə və magistrantların mükafatlandırılması mərasimi keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, tədbirdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov universiteti müxtəlif istiqamətlərdə layiqincə təmsil etdiklərinə görə tələbə gənclərə minnətdarlığını ifadə edib və onların ictimai fəallığını müsbət qiymətləndirib. “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və eləcə də MDU-da müxtəlif formatlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Ş.Bayramov gənclərin bu fəaliyyətlərdə xüsusi aktivlikləri ilə seçildiklərini vurğulayıb və onlara  uğurlar arzulayıb.

 

Tələbələr və magistrantlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

 

Sonra, gənclərə sertifikat və təşəkkürnamələr təqdim edilib və xatirə şəkiləri çəkdirilib.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox