Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 11:53:34
Təkrar sertifikasiyaya gəlməyən müəllimlərlə əmək müqaviləsi pozulacaq - XƏBƏRDARLIQ

“Sertifikatlaşdırma imtahanında təkrar iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək”.


AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Təhsil masası”nda deyib.


Onun sözlərinə görə, ilk sertifikasiyada uğursuz nəticə göstərənlər növbəti imtahanda iştirak etməsə, onlar təkrar olaraq imtahandan kəsilmiş sayılacaqlar və onların əmək müqaviləsinə xitam veriləcək:

“Təkrar imtahanda iştirak edə bilməyən namizədlər üçün hər hansısa bir güzəşt tətbiq olunmur. İlk imtahanda müəllim, tutaq ki, hansısa üzrlü səbəbdən iştirak etməyib. Bunun üçün təkrar imtahan var. Amma təkrar imtahanda da iştirak etmirsə, artıq buna güzəşt olmur”.


Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ötən il sertifikasiya imtahanlarından keçə bilməyən 2800-dən çox müəllimi bu il təlimlərə dəvət edib. Lakin 505 müəllim təlimlərə qoşulmaqdan imtina edib