https://www.zirve.edu.az/
16.03.2018 19:16
“Ağsuda məktəbdə ilanlar görünür” – Deputat

“Azərbaycanda soyqırımının 100 illiyi ilə bağlı abidə kompleksi yaradılmalıdır”.

AzEdu.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib. Deputat bildirib ki, düşmən ölkə-Ermənistan belə bir abidə kompleksi yaradıb, saxtakarlıqla məşğuldur.

O, çıxışı zamanı şəhid ailələrinə mənzillərin verilməsi məsələsinə də toxunub.

tahir-kerimli-deputat.jpg
“Həmin ailələrə mənzillərin verilməsi xüsusi diqqətdə saxlanılmalıdır”.

T.Kərimli daha sonra deputat seçildiyi 87 saylı Ağsu - İsmayıllı seçki dairəsi ərazisi üzrə problemlərdən danışıb.

“Ağsuda elə kənd məktəbləri var ki, orada təhsil almaq mümkün deyil, hətta bəzi məktəblərdə ilanlar görünür.

Rayonun 5 nömrəli məktəbindəki vəziyyət orada təhsil almağı mümkünsüz edir. Vacib məqamlardan biri də rayonda müəllim çatışmazlığıdır. Ağsu rayonunda 106 müəllim çatışmır, kişi müəllimlərinin çatışmazlığının hansı psixoloji problemlərə yol aça biləcəyini ötən dəfəki çıxışımızda bildirmişdik. Ona görə, bu məsələyə bir də qayıtmaq istəmirəm. 

Təhsil Nazirliyinə müraciət edərək məktəblərdə kişilərin daha çox müəllim işləməkdə maraqlı olması üçün stimullaşdırıcı tədbirlər görməyin vacibliyini xatırlatmaq istəyirəm”.


Mirmahmud Kazımoğlu