Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 12:18:00
AzMİU-da karyera sərgisi keçiriləcək

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti dəfə tələbə və məzunlar üçün karyera sərgisi keçiriləcək. Məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə 70-dən çox dövlət qurumu, müəssisə və təşkilat ümumilikdə 200-dən çox vakansiya və təcrübə proqramı ilə iştirak edəcək.

 

AzMİU-nun mətbuat katibi Nicat Abdullayev AzEdu.az-a açıqlamasında  bildirib ki, sərgidə iştirakçı qurumlar tərəfindən AzMİU tələbə və məzunlarına ixtisasları üzrə məşğulluq, iş və təcrübə imkanları təklif ediləcək.

 

“Karyera sərgisi 4 aprel 2023-cü il tarixində, saat 10.00-da, Ayna Sultanova küçəsi 11 ünvanında – AzMİU-nun İdman Kompleksində keçiriləcək.

 

AzMİU rəhbərliyi, Təcrübə və Karyera Mərkəzi universitetin bütün tələbə və məzunlarını sərgidə aktiv iştiraka dəvət edir”.