Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 11:38:00
14 məktəbli olimpiadada yeməkdən zəhərləndi

Qazaxıstanın Çimkənd bölgəsində riyaziyyat fənni üzrə keçirilən olimpiada zamanı şagirdlərdən 14-ü qida zəhərlənmsi diaqnozu ilə xəstəxanalara aparılıb.

AzEdu.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, onların olimpiadanın gedişində istifadə etdikləri balıq məhsullarından hazırlanan yeməklərdən zəhərləndiyi müəyyən edilib. Olimpiadada cəmi 891 yuxarı sinif şagirdi iştirak edirdi.

Qazaxıstan Təhsil Nazirinin 1-ci vitse-prezidenti Şolpan Karinova hadisə yerinə gəlib. Təhsil Nazirliyindən verilən xəbərə görə, zəhərlənən şagirdlərlə bağlı ciddi tədbirlər görülüb və onların vəziyyəti qənaətbəxşdir.

Bu Qazaxıstanın təhsil müəssisələrində şagird və tələbələr arasında baş verən növbəti qida zəhərlənməsidir. Bu vaxta qədər də bir neçə dəfə kütləvi qida zəhərlənməsi faktı qeydə alınıb. Belə halların qarşısının alınması üçün hökumət səviyyəsində ciddi tədbir görüləcəyi barədə məlumatlar verilir.