Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 09:08:00
Saxta diplom az qala onu həbsə aparacaqdı

Türkiyədə saxta diplomla həkimlik fəaliyyəti göstərməyə təşəbbüs göstərən 20 yaşındakı Ayşə Özkiraz haqqında bəraət hökmü çıxarılıb.

AzEdu.az xəbər verir ki, Ayşə Çərkəzköy Dövlət Xəstəxanasında  özünü praktikant – həkim kimi  təqdim edərək, saxta diplomla fəaliyyət göstərməyə cəhd göstərmişdi. Bu cinayətinin üstü qısa zamanda açılan “praktikanta” qarşı Çərkəzköy 5 saylı məhkəməsində istintaq hərəkəti başlamış və ona 13 ilə qədər həbs cəzası istənilmişdi.

Ayşə məhkəmə prosesində tutduğu əməldən çox peşiman olduğunu və qeyri-qanuni fəalyyətinin çox qısa dövrü əhatə etdiyi boynuna almış və birdaha belə əməllər tutmayacağına söz vermişdi.

Bütün yüngülləşdirici halları nəzərə alan hakimlər onun bəraət olunması barədə qərar çıxarıblar. Amma Ayşə Özkirazın məhkəmə prosesi bütün Türkiyədə geniş əks-səda doğurub, xəstəxanalarda işləyən və yeni işə götürülən həkim və tibb işçisi heyəti üzərində nəzarəti daha da gücləndirilməsi ilə nəticələnib.