Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 10:37:00
Əhalinin üçdə biri xarici dillərdən heç birini bilmir

Ukraynadakı yaşlı nəslin 32 faizi xarici dillərdən heç birini bilmir.

AzEdu.az xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq sosialogiya institunun apardığı rəy soröusunun nəticələri barədə hesabatda deyilir. 51 faiz əhali bildirib ki, ingilis dilində çox cüzi təsəvvürə malikdir. Daha ciddi analiz göstərib ki, sadəcə  23 faiz məişət və hətta professional səviyyədə xarici dili bilir. Ümumiyyətlə götürdükdə isə rəyi soruşulanların 31.8 faizi xarici dillərdən heç birini bilmir. Təbii ki, təhqiqat zamanı rus dili xarici dil kimi nəzərə alınmayıb.


Həmçinin, respondentlərin 60 faizi xarici dillərə professional fəaliyyətlərində ehtiyac olmadığını bildirib, 56 faiz xarici dildə savadını artırmaq barədə düşündüyünü deyib.

Rəy sorğusuna əsasən xarici dillərin öyrənilməsinə görə ukraynalıları 4 şərti  qrupa bölmək olar:

  • Xarici dili öyrənmək istəyən və buna ehtiyac duyanlar-28 faiz,
  • Sadəcə xarici dil öyrənmək istəyənlər – 28 faiz,
  • Öyrənmək istəməyənlər, amma ehtiyac duyanlar – 2 faiz
  • Xarici dil öyrənmək arzusunda olmayan və buna ehtiyac duymayanlar – 42 faiz.