Avropadakı rus tələbələr çətin vəziyyətlə üzləşiblər.
AzEdu.az xəbər verir ki, bu barədə Fransanın “Mond” saytı məlumat yayıb. Valideynləri onlara pul göndərə bilmir, çalışdıqları işdən çıxarılırlar. Onların təhsillərini bitirib diplom almaq arzuları da xəyal olaraq qalır. Bütün bunlara baxmayaraq rus gənclər hər şeyi yarımçıq qoyub geri-Rusiyaya qayıtmaq da istəmirlər. Çünki vətəndə onları nə gözlədiyini yaxşı başa düşürlər.
Hazırda Avropa ölkələrində təhsillərini davam etdirən rus gənclərin sayı haqqında dəqiq məlumat yoxdur. Bu statistika heç bir qurum tərəfindən aparılmır. Amma qeyri-rəsmi məlumatlara görə belələrinin sayı on minlərlədir. Baxmayaraq ki, Avropa universitetlərində təhsillərini davam etdirən bu gənclərin Rusiya ali məktəblərinə köçürülməsi üçün zəruri şərait yaradılıb, bu hüquqdan istifadə edənlərin sayı çox azdır.
Rusiyalı gənclərin qarşılaşdığı bu çətinliklər Rusiya-Ukrayna müharibəsinin meydana çıxardığı çoxsaylı problemlərdən biridir. Müharibənin qarşısını almaq isə hələ də mümkün olmur və vəziyyət hər keçən gün ağırlaşmaqda davam edir.
kitabı