Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 10:40:00
Sosial şəbəkədə şəkil paylaşan müəllim məktəbdən qovuldu

Rusiyanın Yekaterinburq şəhərindəki 10 saylı məktəbin müəllimini sosial şəbəkədəki çıxışlarına görə işdən azad ediblər.

AzEdu.az xəbər verir ki, məktəb rəhbərliyi müəllimin Vkontakte sosial şəbəkəsindəki səhifəsini incələyib və orada qeyri-etik mövzular paylaşdığını müəyyən edib.

Müəlliməyə qarşı təhqiqatın başlanmasına  səbəb valideynlərdən birinin şikayəti olub. Onun dediyinə görə, müəllimə dərs dediyi şagirdi ilə etik normalara sığmayan şəkillər çəkdirib və sosial şəbəkədə yerləşdirib.

Müəllimənin işdən azad edilməsi ilə bağlı əmrdə göstərilir ki, Sergeyeva A.V nəinki qeyri-etik şəxsi şəkillərini sosial şəbəkədə yerləşdirib, o yaydığı statuslarda dövlət hakimiyyətini gözdən salan ifadələr işlədib, yerləşdirdiyi şəkillərdə spirtli içkiləri yeniyetmələr arasında yaymağa cəhd göstərib.