https://modern.az/ #
2023-03-27 09:25:27
Bu məktəbdə şagirdlər də maaş alır – MARAQLI

Bu məktəbin 400 illik tarixi var.


Məktəbdə şagirdlər də müəllimdir. Özü də müəllimlərinin müəllimi. Deməli, şagirdlərdən ibarət informasiya texnologiyalarına dəstək qrupu fəaliyyət göstərir. Yuxarı siniflərdən 2 şagird komandaya rəhbərlik edir və maaş alır. Ümumilikdə 100 şagirddən ibarət olan qrup müəllimlərin texnologiya ilə bağlı ehtiyaclarını qarşılayır, onların təkmilləşməsi üçün çalışır.


Məktəbin hər köşəsi öyrənmək məkanı üçün istifadə edilib. Məsələn, divarlarda, koridorlarda xüsusi oyunlar, öyrədici məlumatlar əks olunub.


Məktəbdə bütün işlər elektronlaşdırılıb.


Zəng yoxdur. Müəllim zəngi özü idarə edir.


Tənəffüs 10 dəqiqə, böyük tənəffüs isə 1 saatdır. Yarım saat yemək, yarım saat isə hava şəraitindən asılı olmayaraq çöldə vaxt keçirmək üçün ayrılıb. Yemək şəhər bələdiyyəsi tərəfindən qarşılanır.


Məktəb geniş meydançası ilə də seçilir.


Müəllimlər otağı çox genişdir və müxtəlif ləvazimatlarla təmin edilib.


Məktəbdə olarkən uşaqların bir qismi çöldə ağaclar və torpaqlar uzərində iş aparır, tapşırıq yerinə yetirirlər.


Siniflərdə stollar həm fərdi həm də komanda işi üçün uyğunlaşdırılıb.


Məktəbin İdarə Heyətinin 11 üzvündən 2-si şagird, digərləri müəllim və valideynlərdir.


Siniflərə akademik məzunların adı verilib.


Məktəbin təmizlik işlərinə şagirdlər də cəlb edilir.


Söhbət Estoniyanın 400 illik tarixi olan Gustav Adolfi gimnaziyasından gedir.


Cəfər Mənsimi