Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 10:40:00
15 ildən sonra bu fənlərdən dərs deyən müəllim tapılmayacaq

15 ildən sonra Tatarıstan məktəblərində rus dili, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən dərs demək üçün müəllim tapılmayacaq.

AzEdu.az xəbər verir ki, bu barədə “Realnoe vremya” nəşriyyatı Təhsil Nazirliyinin məktəblərin müəllimlərlə təchiz olunması barədə statistikasını analiz etdikdən sonra məlumat yayıb.

Qeyd olunan fənlər üzrə Tatarıstanda dərs deyən müəllimlərin əksəriyyəti hazırda 45 yaşdan yuxarıdır. Deməli 15-20 ildən sonra bu müəllimlər məktəblə vidalaşacaq. Təqaudə çıxmaq və ya başqa səbəblər üzündən ( region üzrə 65 yaşdan yuxarı müəllimlər cəmi 3 faizdir). Onları əvəz etmək üçün hazırda 10 dəfə az müəllim gəlir.

Bu statistika təbii yolla müəllimlərin azalacağı barədə proqnozdur. Amma real vəziyyət tamam başqadır. Müəllimlərin azalmasına səbəb olan digər amil də Rusiya məktəblərində maaşların az olmasıdır. Buna görə gənclər müəllimlik peşəsi ilə həvəzsiz məşğul olurlar.