Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 17:28:00
İqtisad Universitetində daha bir elmi seminar

Elm festivalı çərçivəsində UNEC Dizayn məktəbinin təşkilatçılığı ilə “Yaradıcı industriya və dizayn: incəsənət və texnologiya kəsişməsində” mövzusunda elmi seminar keçirilib.

 

UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədovanın moderatorluğu ilə keçirilən tədbirdə Dizayn kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov universitetin elmi nailiyyətlərindən və elmi fəaliyyətin uğurlu təşkili üçün atılan addımlardan danışıb. Həmçinin iqtisadi inkişafın hədəflərinin düzgün müəyyən edilməsində dizaynın rolunun zəruri olduğunu bildirib. 

 

Tədbirdə Dizayn kafedrasının müəllimləri mövzu üzrə maraqlı təqdimartlarla çıxış ediblər. Gülçöhrə Salehzadə moda sənayesində incəsənət və texnologiyanın kəsişməsindən, futuristik stilin yaranması, inkişafı, istifadə sahələri, populyarlığının əsas səbəbləri haqqında məlumat verib. Pərvin Namazova tekstil sənayesindəki innovativ yeniliklərdən danışıb. O, tekstil sahəsindəki ən son yeniliklərdən olan nanotexnologiyaların tekstil fabriklərindəki parça istehsalı zamanı iqtisadi cəhətdən önəmini vurğulayıb. Eyni zamanda öz təcrübəsi zamanı hazırladığı parça nümunələrini tədbir iştirakçıları ilə bölüşüb.