Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-06 09:49:00
Abituriyent ötən ilki balından necə istifadə edə bilər? - DİM

 Buraxılış imtahanlarında toplanan ballar iki il müddətində qüvvədə qalır. Bu nəticələr cari və növbəti tədris illərində abituriyentə orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak hüququ verir.

 

Bəs əvvəlki ilin məzunları buraxılış imtahanından keçən ilki balından daha az bal toplayarsa, ötən ilki nəticəsindən istifadə edə bilər?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, əvvəlki ilin məzunlarına istənilən balı seçmə hüququ verilir.