Azedu.az

Azərbaycan gəncinin dünyaya səs salan uğuru

Maraqlı

Doktorantura

Xaricdə təhsil

2 Fevral 2023, 13:47
Azərbaycan gəncinin dünyaya səs salan uğuru

 Xaricdə təhsil alan gəncimiz dünyaca məşhur Linux əməliyyat sistemində 2 kritik xəta aşkarlayıb.

 

AzEdu.az xəbər veriri ki, BANM-ın ABŞ-da təhsilini davam etdirən məzunu dünyaca məşhur Linux əməliyyat sistemində 2 kritik xəta aşkarlayıb.

 

 Bakı Ali Neft Məktəbinin 2022-ci il məzunu və hazırda Mərkəzi Florida Universitetində Kibertəhlükəsizlik üzrə doktorantura təhsili alan Sənan Həsənov cəmi 5 ayda yazdığı proqram vasitəsilə Linux əməliyyat sistemində 2 kritik boşluq tapıb. Sənan Həsənovun adı verilən reportlara görə, Mərkəzi Florida Universitetinin rəhbərliyi, kibertəhlükəsizlik laboratoriyası və Linux proqramçıları təşəkkür və təbriklərini çatdırıb.

 

 Qeyd edək ki, Sənan Həsənov Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasından birbaşa illik 100.000 dollardan çox təqaüd alaraq birbaşa doktorantura pilləsinə qəbul almışdı.

 

Qürur duyuruq!

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox