Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 12:41:00
Bugünkü kolleclər bizə nə dərəcədə lazımdır?-“Məzmun dəyişilməlidi"

 

 

“İnsanlar arasında ali təhsil kuntu yaranıb”

 

 

 

Sosioloq, müəllim Əhməd Qəşəmoğlu bu sözləri AzEdu.az-a açıqlamasında bildirib. O, kollec məzunu olan şəxslərin işə qəbul prosesində qarşılaşdığı problemlərdən söz açıb.

 

 

 

Sosioloq qabaqcıl ölkələrdəki kollec təhsili ilə, ölkəmizdəki kollec təhsili haqqındakı təsəvvürləri müqayisə edir:

 

 

“Son dövrlərdə Azərbaycanda xoşagəlməyən bir hal nəzərə çarpır. İnsanlar arasında ali təhsil kuntu yaranıb. Kollec təhsilinə ötəri nəzər yetirilir və hər kəs ali təhsil almaq üçün çalışır. Ancaq ali məktəblərdəki təhsil heç də lazım olan keyfiyyətdə deyil.

 

 

Qabaqcıl ölkələrdə belə kolleclər təhsil mərhələsində vacib rol oynayan faktorlardan biridir. Ancaq ölkəmizdə ictimaiyyətin kolleclərlə bağlı düşüncəsi tamamilə fəqlidir”.

 

 

 

Ə.Qəşəmoğlu: “..işə qəbul zamanı şəxsin hansı təhsil müəssisəsini bitirməsi deyil hansı peşəkarlıq xüsusiyyətinə malik olması faktı aşkarlanmalıdır”.

 

 

“Sovet dönəmindən belə bir fikir formalaşıb ki, kollec daha zəif savada malik olan şəxslərin oxuduğu yerdir. Buradakı təhsil aşağı səviyyəli, ali məktəblərdə isə təhsil səviyyəsi daha yuxarıdır. Kolleclər boş yerə yaradılmayıb. Bəzi kolleclər var ki, burada təhsil səviyyəsi bir sıra universitetlərlə eyni səviyyədədir. Kolleclərdə təhsil alan elə şəxslər var ki, elmi olaraq dərinə nüfuz etməyən təhsil sisteminə baxmayaraq öz sahəsi ilə bağlı peşəkarlığa yiyələnə bilib. Bunun üçün də işə qəbul zamanı şəxsin hansı təhsil müəssisəsini bitirməsi deyil, hansı peşəkarlıq xüsusiyyətinə malik olması faktı aşkarlanmalıdır. Bu baxımdan istər kolleclər olsun, istərsə də ali məktəblər, əsas diqqət yetirilməli məqam təhsilin məzmunu və keyfiyyətidir”.

 

 

 

Sosioloq kolleclərin aşağı təhsil verən müəssisə olaraq tanınmasını absurd hesab edir:

 

 

İşə götürülmə zamanı ali məktəb diplomu tələb etmələrinin səbəbi kollec təhsilinin və kollecdə təhsil alanların aşağı bilik səviyyəsinə malik olması kimi absurd bir fikrin cəmiyyətə yayılmasıdır.

 

 

Ekspert: ”Kollec və universitetlərdə təhsilin məzmununu dəyişmək lazımdır”.

 

 

Kollec və universitetlərdə təhsilin məzmununu dəyişmək lazımdır. Bu müəssisələrdə bir-birini təkrar edən proqramlar tədris olunur. Kolleclərdə daha çox sahəyə professional yanaşmanı aşılanmalıdır. Ali məktəblərdə isə tədris prosesi  sahəyə elmi yanaşma əsasında formalaşdırılmalıdır. Yəni kolleclərdə daha çox praktika, universitetlərdə isə elmi yanaşma təmin olunmalıdır.