Azedu.az

ATU-da yeni kafedra yaradılıb - Rektor AÇIQLADI

16 Dekabr 2022, 09:52
ATU-da yeni kafedra yaradılıb - Rektor AÇIQLADI

“Gələn ildən Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinə təcili tibbi yardım fənni ayrıca keçiriləcək”. 

 

AzEdu.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

 

O bildirib ki, təcili yardım sisteminin təkmilləşdirilməsi məqsədilə bir çox addımlar atılıb: 

 

“Bu addımlarda universitet rəhbərliyi də fəal iştirak edib. Bu məqsədlə Azərbaycan Tibb Universitetində Təcili yardım kafedrası yaradılıb və gələn ildən tələbələrə bu istiqamətdə təcili tibbi yardım fənni ayrıca keçiriləcək”.

 

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox