Azedu.az

“Sürücülərdən biri saxlanılıb, digəri isə...” – Kamran Əliyev

14 Mart 2018, 14:05
“Sürücülərdən biri saxlanılıb, digəri isə...” – Kamran Əliyev

“15 şagirdin xəsarət aldığı qəzanı törədən sürücülərdən biri tutulub, digəri isə azadlıqdadır. İstintaq yekunlaşandan sonra onun günahının olub-olmaması bilinəcək”.

Bunu AzEdu.az saytına açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Bildirib ki, ilkin rəyə görə, qəzada şagirdləri daşıyan mikroavtobusun sürücüsünün günahı olmayıb: “ “Vita” markalı mikroavtobusun qəza etməsinə səbəb qabaqda hərəkət edən yük avtomobilinin dönmə əməliyyatı aparması olub. Buna görə də “QAZ-53” markalı yük maşınının sürücüsü, 1952-ci il təvəllüdlü Teymurov Musa saxlanılıb. Mikroavtobusun sürücüsü isə hələlik, istintaqa cəlb olunmayıb. Onun təqsirkar olub-olmamasını istintaq müəyyən edəcək. Mikroavtobusu isə müəllimlər və valideynlər şifahi razılaşma yolu özləri sifariş ediblər. Hər-halda bütün məsələlər müstəntiqin nəzarətindədir”.

Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanında iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox