Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-30 15:39:22
62 №-li məktəb-liseydə "ŞUŞA 270" adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib-FOTOLAR 

Bu gün "Cəmiyyətin və medianın inkişafı" İctimai Birliyi qeyri-hökumət təşkilatının dəstəyi ilə Xalid Quliyev adına 62 №-li məktəb-liseydə "ŞUŞA 270" adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, təqdimatda ilk olaraq qonaqlar şagirdlər tərəfindən  hərbi marşla salamlanıb. Daha sonra meydana Azərbaycan bayrağı və "DəmirYumruq" gətirilərək,Dövlət himni səsləndirilib.

 

62 məktəb-liseyin direktoru Mətanət Cabbarlı və tədbir iştirakçıları  I və II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək tədbiri açıq elan edib.

 

Sonra çıxış üçün söz "Cəmiyyətin və Medianın İnkişaf Birliyinin " sədri Lalə Azərtaşa verilib. Və filmin təqdimat mərasimi başlayıb:


Tədbirdə məktəbin məzunları, II Qarabağ müharibəsində şəhid olmuş Samir Xəlilli və Elsevər Əhədzadənin valideynləri həmçinin, qazi Rafiq Rəhimli  iştirak ediblər. Təqdimatın sonunda şəhid anası və qazi Rafiq Rəhimli tədbirin əhəmiyyətini vurğulayıb. Lalə Azərtaşa və məktəbin rəhbərliyinə təşəkkürlərini bildirərək, vətənpərvərlik mövzusunda olan tədbirlərin tez-tez keçirilməsini tövsiyə ediblər.

Tədbir müəllim heyəti ,valideyn və şagirlər tərəfindən maraqla izlənilib.