https://modern.az/ #
2022-11-30 15:31:00
“Şuşa İli” çərçivəsində əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Şuşa İli - Şuşa Zəfəri”nə həsr edilmiş sərginin açılışı olub.

 

AzEdu.az xəbər verir ki, sərgidə agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin 8 istiqamət üzrə 700-ə yaxın əl işi nümayiş olunub.

 

Xalçaçılıq, muncuqlarla toxuculuq, dulusçuluq və s. sənət növlərində təqdim edilən yaradıcılıq nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Agentliyin sədr müavini Faiq Ağayev bildirib ki, bu cür sərgilərin təşkilində məqsəd əlilliyi olan şəxslərin bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

 

Qeyd edək ki, Peşə-əmək Reabilitasiya Mərkəzində 15-29 yaş qrupundan olan əlilliyi olan şəxslərə peşə hazırlığı və peşə reabilitasiyası təşkil edilir, həmçinin onlar reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunurlar.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İLİN GƏNC MÜƏLLİMİ" nominasiyasında 2022-ci il üçün qalib kimi görürsünüz?
Səs ver
FACEBOOK