Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-03 17:53:00
Xaricdə pulsuz təhsil  üçün çox vacib internet resursları- Təqaüd proqramları  

Xaricdə təhsil almaq hazırda bir çox azərbaycanlı gəncin reallaşdırmaq istədiyi ən böyük hədəfidir.

 

Ancaq bir çox hallarda  bu gənclər təqaüd tapmaqda, ölkə və universitet seçimində çətinlik çəkirlər. Buna görə də külli miqdarda ödənişlər hesabına onlar üçün “ən ideal variant” hesab olunan xaricdə təhsil şirkətlərinə müraciət edirlər. Bəzən isə bu müraciət uğursuzluqla nəticələnir, gənclər həm vaxtlarını, həm də pullarını itirirlər.

 

Bəs belə hallarla üzləşməmək üçün tələbələr nə etməlidir?

 

Belə ki, internetdə bütün xaricdə təqaüd proqramları haqqında məlumatları özündə cəmləşdirən xeyli sayda saytlar mövcuddur. Tələbələr bu onlayn resurslardan istifadə edərək, asanlıqla təqaüd tapıb, öz müraciətlərini edə bilərlər.

 

AzEdu.az həmin mənbələr haqqında yazını təqdim edir:

 

  1. https://www.scholars4dev.com/ - Saytda hər ixtisasa uyğun təqaüd tapmaq mümkündür. Özünüzə uyğun təqaüdlərlə tanış olmaq üçün oxumaq istədiyiniz təhsil səviyyəsi (bakalavr, magistratura, doktorantura), ixtisas və ölkəni seçməlisiniz. Saytda, həmçinin beynəlxalq təlimlər, seminar və layihələr haqqında da məlumatlar mövcuddur.

 

  1. https://www.internationalscholarships.com/ - Portala daxil olduğunuzda sürətli axtarış bölməsi ilə qarşılaşacaqsınız. Həmin bölmə vasitəsilə oxuduğunuz ixtisas, yaşadığınız və doğulduğunuz ölkəni qeyd edərək, qısa müddətdə özünüzə uyğun təqaüd proqramlarını tapa bilərsiniz.

 

  1. https://scholarship-positions.com/ - Saytda müxtəlif təqaüdlər mövcuddur. Siz ölkə, təhsil səviyyəsi və ixtisas kimi meyarlar üzrə təqaüdlərlə tanış ola bilərsiniz.

 

  1. https://www.scholarships.com/ - Bu sayt vasitəsilə ilə bütün təqaüdlər haqqında məlumat əldə etmək mümkündür. İlk olaraq qeydiyyatdan keçmək lazımdır, daha sonra isə axtarış bölməsindən sizə uyğun olan təqaüdü tapa bilərsiniz.

 

  1. https://www.scholarshipportal.com/ - Sayta daxil olduğunuzda qarşınıza ölkə seçimi çıxacaq. Belə ki, təhsil almaq istədiyiniz dövləti seçməklə həmin ölkə tərəfindən təklif olunan təqaüd proqramları ilə tanış ola bilərsiniz.

 

  1. https://www.chegg.com/scholarships - Bu sayt 25 min təqaüd proqramını özündə birləşdirir. Odur ki, siz təhsilinizi davam etdirmək istədiyiniz ölkə və ixtisasa uyğun təqaüdləri tapıb, müraciət edə bilərsiniz.

 

  1. https://www.unigo.com/ - İstifadəsi olduqca sadə olan bu saytda da universitetlər, təqaüdlər haqqında tələbələr üçün çox yararlı məlumatlar var.

 

  1. https://www.wemakescholars.com/ - Sayt təqaüd və xaricdə təcrübə proqramları tapmaq baxımından ən yararlı resurslardan hesab olunur. Bu portal vasitəsilə siz hətta müraciət vaxtı bitmiş təqaüdlər haqqında da məlumat əldə edə bilərsiniz.