Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-28 10:17:00
UFAZ-da Karyera sərgisi keçirilib-FOTO

Noyabrın 25-də Azərbaycan-Fransız Universitetində (UFAZ) bir neçə şirkətin iştirakı ilə karyera sərgisi baş tutub.

 

AzEdu.az xəbər verir ki, açılış mərasimində çıxış edən UFAZ rəhbərliyi qonaqları salamlayaraq onlara sərgiyə qatıldıqlarına görə təşəkkür edib və sərginin tələbə və məzunlar üçün önəmini vurğulayıb.

 

Sərgiyə müxtəlif universitetlərdən gələn tələbələr Prosol şirkəti tərəfindən təqdim edilən “Emosional intellekt” və “Azercell” şirkəti tərəfindən təqdim edilən “Mükəmməl CV” təlimlərində iştirak ediblər. BP şirkətinin nümayəndələri isə təcrübə proqramları barədə iştirakçılar üçün təqdimatla çıxış edib.

 

Müxtəlif sahələri (enerji, infrastruktur, mühəndislik, bank, informatika texnologiyaları, mədən sənayesi və biznes) təmsil edən bir çox şirkətlər və təşkilatlar bu tədbirdə iştirak ediblər.

 

“Socar”, “Socar Polymer”, “Socar Downstream, “BP”, “EiGroup”, “Holcim”, “Prosol”, “STP”, “Azercell”, “Simbrella”, “Emanat”, “AQTA”, “AIESEC” və s. şirkətlərin, eyni zamanda “Dövlət Məşğulluq Agentliyi” və “Azərbaycan Respublikasi Mərkəzi Bankının” nümayəndələri həm sərgiyə gələn tələbə və məzunlarla karyera fəaliyyətləri və təcrübə imkanları haqqında fikir mübadiləsi aparıb, həm də iştirakçıları öz təqdimat stendlərində qəbul ediblər.