Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-25 18:00:00
Maarifçi müəllimlər  İzmir Forumundan geri döndülər-FOTO

 

 

Azərbaycan Maarifçilər Assosisasiyasının təşəbbüsü və İzmir Ege Universitetinin birgə təşkilatçılığı ilə 16-20 noyabr 2022-ci il tarixlərində Türkiyənin İzmir şəhərində “Eğitimde Yeni Trendler İzmir Forumu 2022” keçirilib.

 

Forumun məqsədi iki ölkə arasındakı maarifçilərin bir-biri ilə daha yaxından tanış olub tədris prosesi və təhsildəki yenilikləri müzakirə etmələri, fikir və təcrübə mübadiləsi aparmaqları üçün imkan yaratmaq idi. Azərbaycan Maarifçilər Assosiasiyası bu foruma 33 nəfərlik Azərbaycan maarifçisi ilə qatılmışdı. Foruma qatılan iştirakçılar Bakı ilə yanaşı, Sumqayıt, Lənkəran, Zaqatala, Biləsuvardan olan məktəb direktorları, dərs hissə müdirləri, məktəb və universitet müəllimləri idi.

 

Forum rəsmi açılış tədbirində Ege Universitetinin prorektoru Prof. Dr. Mehmet Ersan foruma qatılan Azərbaycan maarifçiləri ilə görüşərək birgə əməkdaşlıq və gələcək layihələrdən danışdı. Forumun ikinci günündə iştirakçılar Ege universitetinin Təhsil fakültəsi dekanı Prof. Dr. Alper Başbay tərəfindən "21. Yüzyıl Becerileri ve Öğretim Programlarına Yansımaları" və dekan müavini Doç. Dr. Öner Uslu tərəfindən "Öğrenme ve Öğretme Süreçlerinde Motivasyon" adlı seminarlarda iştirak etdilər. 

 

 

Növbəti gün İzmir Konak Çınarlı Mesleki ve Teknik Anadolu Liseyinə səfər edərək Türkiyənin peşə və texniki təmayüllü liseyi ilə tanış oldular. Ardından iştirakçılar 2300 illik yaşı olan Efesə və Şirincə bölgəsində yerləşən “Nesin Matematik köyü”nə səfər etdilər. Burada “Eğitim Tarihi Müzesi” ilə tanış oldular və riyaziyyat kəndində riyaziyyat dərslərində iştirak etdilər.

 

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Maarifçilər Assosiasiyası 2020-ci ildə bir qrup təhsil işçisinin təşəbbüsü ilə yaranıb. Hazırda AMA-ya ölkənin bütün şəhər və rayonlarından ümumilikdə 5000 nəfərdən çox maarifçi qoşulub. Sevgi ilə maarifləndiririk deyərək çıxdığımız yolda nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik.

 

Məqsədimiz təşkilatımıza üzv olan maarifçilər üçün yerli və beynəlxalq sferada təlimlər, seminarlar, vebinarlar, təcrübə mübadilələri etməklə yanaşı Azərbaycanda müəllim adına, maarifçi adına olan hörmət və diqqəti ən yüksək həddə qaldırmaqdır.