Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-10 14:05:08
“İndicə Təhsil Şöbəsində izahat yazdım” – Valideynləri forma üzündən hədələdiyi deyilən direktor

“Şikayətə görə Abşeron yerli  Rayon Təhsil Şöbəsində izahat yazdım”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Xırdalan şəhəri 7 nömrəli tam orta məktəbin direktoru Zemfira Orucova deyib. O, hazırda Abşeron rayon Təhsil Şöbəsindən gəldiyini və izahat yazdığını bildirib:

“Bizim nə xüsusi mağazamız var, nə də o adda valideynimiz. Bu məsələni araşdırdıq. Bizim məktəbin yerləşdiyi ərazidə də mağaza yoxdur, mənim şəxsi mağazam da. Heç kimi hardansa forma almağa məcbur etməmişəm. Pedaqoji Şuranın qərarı var ki, hər bir şagird vahid məktəbli forması geyinməlidir. Valideynlər də formanı hardan istəyirlərsə, ala bilərlər. Təki məktəbli forması olsun. Yayılan məlumatlar əsassızdır. Biz heç kimi forma almağa məcbur etməmişik”.

Xatırladaq ki, Xırdalan şəhəri 7 nömrəli tam orta məktəbin valideyn heyəti məktəb direktoru Zemfira Orucovadan şikayətçidir. Valideynlər iddia edir ki, direktor Zemfira Orucova valideynləri məktəbli formalarının direktorun özünün sifariş verdiyi dükandan alınmalı olduğu və əks təqdirdə şagirdin məktəbə buraxılmayacağı kimi ifadələrlə  hədələyir. Valideynlər qiyməti 37 manat olan bu formaların keyfiyyətsiz materialdan tikilməsindən də narazılıq edirlər. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları