Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-15 09:19:00
Sabahdan məktəblərdə payız tətili başlayır

Sabahdan, noyabr 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayır.

 

AzEdu.az  xəbər verir ki, payız tətili noyabrın 20-dək davam edəcək.

 

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

 

Növbəti tədris günü noyabrın 21-dədir.

 

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.