Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-12 14:00:00
Builki buraxılış imtahanlarında kəskin bal düşümü olacaq?- Vacib proqnoz

 

"Bu il  DİM qəbul və buraxılış imtahanına salınacaq mövzuları daha tez açıqladı".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Efəndi deyib:

 

"DİM hər ilin yanvar,fevral aylarında imtahan  proqramını  tərtib edir. Bu vaxt imtahan verən abituriyentlər qəbul proqramında hansı mövzuların olması ilə bağlı məlumatlı olurlar. Bu il  qəbul və buraxılış imtahanına salınacaq mövzular daha tez açıqlandı. Bu dəyişikliklər “Abituriyent” jurnalının birinci  sayında və blok imtahanları üzrə bilgiləndirici ikinci sayında öz əksini tapacaq".

 

Ekspertin sözlərinə görə, ballarda müəyyən qədər dəyişiklik olsa da kəskin bal düşümü gözlənilmir:

 

"Buraxılış imtahanlarında həmişə olduğu kimi abituriyentlərin yazılı suallara görə səhv cavabları ballarına təsir etmirdi. Blok imtahanında isə, ballarda müəyyən qədər dəyişiklik olsa da kəskin bal düşümü gözlənilmir.

 

I ixtisas qrupunda informatika fənninin qəbul imtahanına bu ildən salındığı üçün bu istiqamətdə ola bilər ki ballarda müəyyən qədər dəyişikliklər baş versin.

 

Çıxarılan mövzular xüsusən texniki fənlərdə oldu, amma əzbərçilik xarekterli mövzuların olmaması daha məqsədə uyğun idi"- deyə o bildirib.

 

 

 Ləman NOVRUZ