Azedu.az

Təhsil Nazirliyindən məktəb formaları ilə bağlı görün nə dedilər 

Məktəblər

5 Sentyabr 2018, 11:20
Təhsil Nazirliyindən məktəb formaları ilə bağlı görün nə dedilər 

Təhsil Nazirliyi məktəb formalarının yalnız məktəb direktorlarının söylədiyi ticarət obyektlərindən alınması ilə bağlı valideynlər arasında yaranan narazılıqlara aydınlıq gətirib.

Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, heç bir məktəb rəhbəri və ya müəllimi məktəbli formasının satışı ilə məşğul ola bilməz.

Onun sözlərinə görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblərdə təhsilalanların geyim forması hər bir məktəbin öz daxili nizamnaməsi ilə müəyyən olunur:

"Məktəb geyim formasının satışı ilə məşğul olmur. Valideynlər məktəbli formasını istənilən ticarət obyektindən əldə edə bilərlər".

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox