Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 11:42:00
Müəllimlərindən şagirdlərə möhtəşəm jest- Hər kəsin öz bloqu olacaq-FOTO

 

 

25.09.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi çərçivəsində icra edilən “Şagirdlərdə bloqyaratma və bloqlarında hekayəyazma müsabiqələrinin keçirilməsi” layihənin təqdimatı baş tutub.

 

Fərdi kateqoriya üzrə qalib olan  bu layihənin müəllifi  Hacıqabul rayon V.Məmmədov adına Muğan qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimi, AYB üzvü, prezident təqaüdçüsü, şairə  Şirinova Sara(Selcan)dır.

 

Fotoğrafı Aç

Onlayn formada təşkil olunan açılışda tanınmış uşaq yazarı, pedaqoq,filologiya elmləri doktoru Zahid Xəlil, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq məsələlər üzrə katibi, şair,essseist  Səlim Babullaoğlu, Kəlbəcər rayon 74 saylı məktəbin direktoru şair Elməddin Nicat,eləcə də  Hacıqabul rayonu təhsil müəssisələrinin direktorları, dil-ədəbiyyat müəllimləri , layihənin təlimçisi Həbib Əlizadə və ədəbi yaradıcılığa meylli  istedadlı şagirdlər iştirak etmişlər.

 

Layihə haqqında məlumat verən Sara Selcan bu ideyanın unikallığını vurğulayaraq Hacıqabul təhsili üçün önəmini qeyd edib.

 

Belə ki,rayonun 5-9-cu sinif şagirdlərindən ədəbi yaradıcılığa meylli, hekayə, esse, şeir yazma qabiliyyəti olan şagirdlər seçilərək onlarla ustad dərsləri,yaradıcılıq görüşləri, düzgün mütaliə və yazı vərdişləri aşılanacaq.

 

Eyni zamanda layihənin təlimçisi Həbib Əlizadə tərəfindən bloqyaratma təlimləri təşkil olunacaq.Şagirdlər bloqlarında öz yaradıcılıq nümunələrini yayımlayıb,ictimaiyyətə təqdim edəcəklər.

 

İstedadlı şagirdlərin düzgün istiqamətlənməsi,eyni zamanda internet resurslarından səmərəli istifadə, cəmiyyət üçün xeyirli vətəndaşlar yetişdirmək layihədən gözləninlən nəticələr olduğunu vurğulayan müəllif öz çıxşını yekunlaşdıraraq sözü qonaqlara vermişdir.

 

Tanınmış uşaq yazarı Zahid Xəlil bu ideyanın reallaşmasını cəmiyyət üçün xeyirli olduğunu vurğulamış,şagirdlərə  və layihə rəhbərinə öz fikirlərini çatdırmışdır.

 

Açıklama yok.

Dünya ədəbiyyatının bilicisi,ədəbi cameəsində öz dəsti-xətti olan Səlim Babullaoğlu da layihə rəhbərinə və iştirakçılara uğur arzulayıb.

 

Şair,eyni zamanda pedaqoq Elməddin Nicat da həm şair,həm müəllim həmkarı olan Sara Selcanı bu layihə münasibətilə təbrik etmiş,istedadlı şagirdlərin bu layihədən səmərəli  nəticə əldə edəcəyini vurğulayıb.

 

Layihənin təlimçisi Həbib Əlizadə çıxış edərək bildirib ki,təlimlər onun tərəfindən onlayn qaydada keçəcək.

 

Dərslər “Microsoft Teams” ilə  hər həftə təşkil ediləcək. Dərslərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulur, oktyabr-dekabr ayları ərzində  keçiriləcək. Dərslərin praktiki, təcrübi olmasına üstünlük veriləcək. Dərs zamanı lazım olduqda şagirdər ekranlarını müəllimlə bölüşəcəklər. Bu zaman müəllim şagirdlərin praktiki bacarıqlarını müşahidə edəcəkdir.

 

Şagirdlər bloqları www.blogger.com, www.wix.com, www.adalo.com platformalarında yaradacaqlar. Bu platformalar ödənişsizdir.

 

Şagirdlər bloq yaratmağı öyrəndikdən sonra öz bilik və bacarıqları əsasında orada  hekayələrini yerləşdirməyə başlayacaqlar. Müəllim tərəfindən onlara bloq yaratmaq üçün ev tapşırığı veriləcək. Şagirdlər onlayn olaraq bloqlar hazırlayacaq. Bu zaman şagirdlər bloqları özləri müstəqil şəkildə hazırlayacaqdır. Müəllimlər tərəfindən həmin bloqlara mütəmadi baxış keçiriləcək.

 

Bu blqolarda müxtəlif hekayələrinin yerləşdirəcəklər.  Layihə sonunda şagirdlərə sertifikatlar veriləcək.

 

Açıklama yok.

 

Hacıqabul təhsilinin nümayəndələri olan Qarasu kənd tam orta məktəbin direktoru Zərəngiz Abbasova,Muğan qəsəbə tam orta məktəbin direktoru Kamil Cəfərov,Abdulabad kənd tam orta məktəbin direktoru Budaq Cəfərov , təlimçi  Könül Qədimova və Hacıqabul 5 saylı məktəbin direktor müavini Aidə Hüseynova da öz ürək sözlərini səsləndirərək, layihə rəhbərinə və şagirdlərə uğurlu yol arzulayıblar.

 

salyanşirvanregional #HacıqabulTəhsilSektoru##Qrantlayihə##QrantEduaz##QrantMüsabiqə##VIQrantMüsabiqə#'#SaraSelcan##HacıqabulMuğan#