Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-23 10:42:00
Müəllimi döydüyü iddia olunan direktor prokurorluğa ÇAĞIRILDI  

Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru Cahangir Əlabbasov rayon prokurorluğuna çağırılıb.

 

Bu barədə Modern.az-a direktor özü məlumat verib.

 

C.Əlabbasov ibtidai sinif müəllimi Fatma Musayevanın ondan şikayətçi olduğunu bildirib.

 

"Məni prokurorluğa çağırıblar. Hazırda oradayam. Müəllim məndən şikayət edib. İzahat yazmalı olduğumu bildirdilər", - deyə məktəb direktoru vurğulayıb.

 

Qeyd edək ki, ötən gün yerli mətbuatda Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru Cahangir Əlabbasovun həmin məktəbdə işləyən ibtidai sinif müəllimi Fatma Musayevanı döyməsi barədə xəbərlər yayılıb. 

 

Dünən  açıqlama verən direktor adıçəkilən müəllimi döymədiyini, onunla dərs bölgüsü ilə bağlı mübahisə etdiyini söyləyib.