Azedu.az

Xaricdə pulsuz  təhsil - Sənəd qəbulunun son günləri  

22 Sentyabr 2022, 16:07
Xaricdə pulsuz  təhsil - Sənəd qəbulunun son günləri  

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş sənəd qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, sənədlər sentyabrın 30-u saat 23:59-dək qəbul ediləcək.

 

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısıelan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.

 

Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected]  ünvanına müraciət etmək olar.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox