Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-26 11:03:00
Ali təhsil müəssisələrinə ixtisas seçimi sona yaxınlaşır-DİQQƏT

İxtisas seçimi 28 avqust saat 23:59-dək davam edəcək

 

AzEdu.az xəbər verir ki,26 avqust saat 09:15-ə olan məlumata əsasən 58019 ixtisas seçimi ərizəsi təsdiq edilib.

 

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (o cümlədən subbakalavrlar) iştirak edə biləcəklər.

 

Abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil olub seçimlərini etməlidirlər. 

 

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı linklərdən tanış ola bilərsiniz:

Ali təhsil müəssisələri və DİM-in regional bölmələri;

Rayon və şəhərlər üzrə səyyar Məsləhət Mərkəzləri.