Azedu.az

AzTU-da MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir  

Ali təhsil

5 Avqust 2022, 17:27
AzTU-da MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir  

Azərbaycan Texniki Universitetində (AzTU) MBA proqramı çərçivəsində müəllimlərin işə qəbulu aparılır.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, qəbul 2022-2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə keçirilir.

 

Azərbaycan və ingilis bölməsi üçün iqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələri üzrə azı magistr dərəcəsi olan müəllimlər işə qəbul edilir.

 

İşə qəbul olunmaq istəyənlər avqustun 15-dək müraciət edə bilərlər.

Putindən orduyla bağlı KRİTİK TAPŞIRIQ - 2 milyondan çox əsgər...
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox