Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-24 12:02:00
Sertifikasiya imtahanına hazırlaşan müəllimlərə metodik dəstək göstərilib

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən inkişaf planları təqdim olunmuş 10 tam orta məktəbin ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər davam edir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, iyunun 23-dən başlanan budəfəki təlimlərdə 178, 154, 35, 18 və 51 nömrəli tam orta məktəblərin müəllimləri iştirak ediblər.

 

Təlimlərin məqsədi ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarına uyğun olaraq onlara metodik dəstəyin göstərilməsi, eyni zamanda, müəllimləri Azərbaycan dili, riyaziyyat fənləri, metodika və pedaqogika istiqamətində yeni metod və yanaşmalarla tanış etməklə onların bilik və bacarıqlarının artırılmasdır. Təlimlər “Oxuyub-anlama bacarıqlarının artırılması”, “Azərbaycan dili dərslərində kommunikativ bacarıqların inkişafı”, “Müxtəlif tipli məsələlərin həlli”, “Dil qaydaları” mövzularını əhatə edib, müəllimlərə sertifikasiya imtahanına hazırlıq istiqamətində metodik dəstək göstərilib.

 

Təlimçi qismində isə Bakı Avropa Liseyinin müəllimi Pərvinə Qədimova və 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Vəliyeva iştirak ediblər. Təlim zamanı adıçəkilən mövzular üzrə müzakirələr aparılıb, müvafiq tapşırıqlara uyğun qrup işləri həyata keçirilib.