https://www.zirve.edu.az/
23.08.2018 15:00
Doqquzuncuların NƏZƏRİNƏ: İxtisas seçiminin vaxtı bəlli oldu
Çap et

28 avqust tarixində 9 illikdən kolleclərə qəbul üzrə boş qalan yerlərə ixtisas seçimi aparılacaq.

AzEdu.az xəbər verir ki, ixtisas seçimi sentyabrın 3-ü saat 23:59-dək davam edəcək.

Nəzərinizə çatdırım ki, II turda boş qalan yerlər aşağıdakı kimidir:
63 yer Dövlət Kolleclərində dövlət sifarişi ilə;
394 yer Dövlət Kolleclərində ödənişli əsaslarla;
26 yer isə özəl kolleclərdə qalıb.

Qeyd edək ki, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 5-12 sentyabr tarixlərində aparılacaq.