Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-24 13:19:00
Şagirdi döyən müəllim yalnız bu halda həbs oluna bilər - Hüquqşünas 

Son zamanlar təhsil sahəsində müəllimlərin şagirdlərə şiddət tətbiq etməsi ilə bağlı videolar yayılır. Bu görüntülər insanlar tərəfindən birmənalı qarşılanmır.

 

 

Bəzi şəxslər cəza tədbiri olaraq həmin təhsil işçilərinin həbsinin vacibliyini vurğulayır.

 

 

Bəs müəllimlər şiddət göstərdiyi təqdirdə həbs oluna bilərmi?

 

 

AzEdu.az-a danışan vəkil Elvin Əliyev məsələnin hüquqqi tərəflərindən söz açıb:

 

 

“Nə təhsil işçiləri, nə də başqa şəxslərin kiməsə fiziki şiddət göstərməyə haqqı yoxdur. Müəllimlərin bu kimi addıma əl atması yolverilməzdir.

 

 

Təhsil işçisinin vəzifəsinə xitam verilməsi ya məhkəmə qərarı, ya da işlədiyi müəssisənin tabeliyində olduğu nazirliyin tətbiq etdiyi cəzalardan  biri kimi əsaslandırıla bilər”.

 

 

Hüquqşünas şiddət göstərilən halda hansı cəzaların tətbiq edilməsini vurğulayıb:

 

“Əgər müəllimin əməlində cinayət və inzibati xətalar məcəlləsinin hansısa bir tərkibi yaranırsa, müxtəlif cəza mexanizmləri tətbiq edilir. Biz müxtəlif videolarda bu kimi şiddət hallarını müşahidə edirik, burada döymə faktı baş verir. Bu da inzibati xətalar məcəlləsinin 157-ci maddəsinin tərkibini yaradır, bu zaman inzibati cərimə və  həbs də nəzərdə tutula bilər. Ancaq müəllimin vəzifədən kənarlaşdırılması məhkəmə qərarı və işlədiyi qurum tərəfindən tətbiq edilə bilər. Yəni, müəllim bu halda həbs oluna bilər.

 

 

Baş verən şiddət halları ilk olaraq hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Əgər müəllimlərin əməlində döymədən əlavə  yetirdiyi xəsarət ciddi xarakter daşıyırsa, o zaman  cinayət məcəlləsinin müvafiq maddəsi ilə  nəzərdə tutulan cəzalərdən biri tətbiq edilir. Mühafizə orqanları şiddət törədən  şəxsin əməlində hər hansı cinayət tərkibi aşkarladıqda, həmin məlumatı məhkəməyə göndərir. Məhkəmə bu əməli törədən şəxsi  sübuta yetirdikdən sonra maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan birini tətbiq edir”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları