http://www.position.az/ https://www.zirve.edu.az/
2022-05-17 14:38:00
BMU-da “Kredit sistemi ilə tədrisin təşkili” mövzusunda təlim təşkil edilib

Bakı Mühəndislik Universitetinin (BMU) Keyfiyyətin təminatı şöbəsinin təşkilatçılığı ilə “Kredit sistemi ilə tədrisin təşkili” mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlimin təşkilində əsas məqsəd kredit sistemilə bağlı mövcud qaydaları nəzərdən keçirmək, həmçinin tədrisin təşkili zamanı ortaya çıxan müəyyən problemlər və onların həlli yollarının müzakirəli şəkildə izahı olub.

 

Universitetin tyutor və laborantları üçün nəzərdə tutulan təlim Tədris hissəsinin müdiri Ramil Hacıyev tərəfindən aparılıb.

 

Təlimdə, eyni zamanda akademik məsləhətçinin (tyutor) qarşısında duran əsas vəzifələr, tələbənin fərdi tədris planının tərtibi, yay semestrinin təşkili, eləcə də Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllim mobilliyi kimi bir sıra vacib məsələlər ətrafında müzakirələr edilib.

 

İnteraktiv formada baş tutan təlim tələbələrin üzləşdiyi problemlərin aradan qaldırılması istiqamətində düzgün akademik məsləhətlərin nümunələrlə izah olunması ilə yekunlaşıb.