Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 13:56:00
AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib

Mayın 14-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası ənənədən kənar olaraq Nabranda təşkil olundu.

 

AzEdu.az xəbər verir ki, iclasda iştirak edə bilməyən şura üzvləri müzakirələrə “Zoom” platforması üzərindən onlayn formada qoşuldu.

 

İclasın gündəliyinə uyğun olaraq AzTU-nun Türkiyə və Almaniya universitetləri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlərin nəticələri müzakirə edildi. AzTU-nun rektoru Vilayət Vəliyev son aylarda Türkiyə və Almaniyaya etdiyi səfərlər barədə ətraflı məlumat verdi. Rektor bildirdi ki, Türkiyənin aparıcı universitetlərinin idarəetmə sistemi və tədrisin təşkili ilə bağlı təcrübəsi artıq AzTU-da tətbiq olunmağa başlayıb. Həmçinin texnoparkların və inkubasiya mərkəzlərinin qurulmasında da Türkiyə universitetlərinin təcrübəsindən istifadə olunacağı diqqətə çatdırıldı. Almaniya universitetləri ilə də AzTU-nun əməkdaşlıq əlaqələrinə diqqət çəkən Vilayət Vəliyev bildirdi ki, müxtəlif ixtisaslar üzrə imzalanan ikili diplom proqramları, həmçinin müasir laboratoriyaların yaradılması tədrisin keyfiyyətinin yüksəlməsində mühüm rol oynayacaq.

 

İclasda imtahan sessiyasına hazırlıq və cari məsələlərlə bağlı müzakirələr aparıldı.