Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-05 16:39:00
Ukrayna universitetlərinə qəbul aparılır- İmtahan ONLAYN olacaq

 

2022-ci il üçün Ukraynanın ali təhsil müəssisələrinə qəbul qaydası müəyyən edilib.

 

İmtahanların keçirilmə forması üçün ən yüksək təhlükəsizlik şəraitinin yaradılması nəzərə alınıb.

 

AzEdu.az xəbər verir ki, Ukraynanın Elm və Təhsil Nazirliyinin məlumatına görə, universitetlərə qəbul imtahanı onlayn test vasitəsilə həyata keçiriləcək.

 

Testlər Ukrayna dili, riyaziyyat və Ukrayna tarixi fənləri əsasında təşkil olunacaq. İmtahanda müxtəlif  ixtisaslar üçün müvafiq çəki əmsalları müəyyən ediləcək.

 

Həmçinin Beynəlxalq Hüquq üzrə Magistrlərin Kompleks Test (MCT) və konyunktur ixtisasları üzrə Magistrlərin Akademik Kompetensiya Test (MTQ) imtahanları da təşkil olunacaq.

 

Əsas imtahan sessiyası iyulun ortalarında baş tutacaq.