Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-20 10:58:00
İngiltərə təhsil sistemi haqqında hər şey – Qeyri-adi qadağalar, məcburi metodlar

Dünyanın  müxtəlif  ölkələrindən  bir çox insanların  İngiltərəyə  köç  etməsinin  əsas  səbəblərindən  biri  də  övladlarının  orada daha keyfiyyətli   təhsil  almaları  və  ingilis  dilini tam sərbəst, akademik səviyyədə öyrənmələridir.

 

Bunları  nəzərə  alaraq  İngiltərə  haqqında  insanları  ən  çox  maraqlandıran  suallardan  biri  də  İngiltərə  təhsil  sisteminin  necə  olmasıdır.

 

Bəs  İngiltərədə  təhsil  sistemi  necədir? Təhsil  müəssisələri  ödənişli  yaxud  ödənişsiz  əsaslarla  fəaliyyət  göstərir?

 

AzEdu.az  bu  suallara  cavab  olaraq  İngiltərə  təhsil  sistemini  təqdim  edir.

 

İngiltərədə  təhsil  sistemi  5  mərhələdən  ibarətdir: “Early  Years”( məktəbəqədər təhsil), “Primary” ( İbtidai  təhsil), “Secondary”( ümumi-orta  təhsil), “Further  Education” ( tam  orta  təhsil)  və  “Higher  Education” ( Universitet).

 

Uşaqların  3-4  yaşlarında  olduğu  məktəbəqədər  təhsil  mərhələsində  tədris  ailələrin  istəyinə  bağlı (könüllü)  və  ödənişlidir. Ailələr  istəyərsə  uşaqlarını  ödənişli  olaraq  bağçaya  göndərə  bilərlər. Bu  mərhələdə  işləyən   ailələr  tədrisin  ödənişi  üçün  dövlətdən  müəyyən  miqdarda  sosial  yardım  alma  haqqına  sahibdirlər.

 

 

3  təhsil pilləsi  hökümət  tərəfindən  ödənişsiz  tənzimlənir

 

Qanunlara  görə  məcburi  təhsil  5-16  yaş  arası  müddəti  əhatə  edir. Ancaq  1  sentyabr  1997-ci  ildən  sonra  dünyaya  gələnlər  üçün  isə  məcburi  təhsil  18  yaşına  kimidir. “Primary school” (İbtidai  təhsil), “secondary school” (ümumi-orta  təhsil)  və “further education”  (tam  orta  təhsil ) mərhələlərini  əhatə  edən məcburi  təhsil  müddəti  İngiltərə  höküməti  tərəfindən  ödənişsiz  olaraq  tənzimlənir.

 

Uşaqların  təhsil  alacağı  ümumi-orta  təhsil  müəssisəsini  bələdiyyə  seçir

 

Uşaqlar  5  yaşlarına  çatdıqda  ailələr  məcburi  olaraq  övladlarını  onlara    uyğun  məktəbə  göndərməlidirlər. Məktəb  yaşı  hesablanarkən  həmin  il  31  avqustda  uşağın  hansı  yaşında  olması  əsas  götürülür.Məktəb  seçimi  üçün  valideynlər  tərəfindən  siyahı  hazırlanır  və  bələdiyyəyə  göndərilir. Bələdiyyə  yaşadığınız  ünvana, məktəbə  gedəcək  uşaqın  bacı  və  qardaşının oxuduğu  məktəbə  və  məktəbin  uyğunluğuna  görə  seçib  uşağı  yerləşdirir. Yəni  müxtəlif  ölkələrdən  5-16  yaş  arası  övladları  ilə  İngiltərəyə  köç  edən  ailələr  ev  tutaraq  ünvanla  birlikdə  Bələdiyyəyə  müraciət  etməldirlər. Ölkəyə  ilin hansı  vaxtında  gəlməyinizdən  asılı  olmayaraq  övladınız  təhsil  almağa  məcbur  olduğu  üçün  mütləq  şəkildə  siz  də  müraciət  etməyə  məcbursunuz. Eyni  zamanda  Bələdiyyə  də  övladınızı  məktəbə  yerləşdirməyə  məcburdur. İngiltərədə  Home  educate ( evdə  təhsil)  deyə  təhsil  metodu  da  var  ancaq  bu  əsasən  sağlamlıqla  bağlı  problemi  olan  uşaqlar  üçün  istifadə  edilir.

 

Hər  təhsil  pilləsi  iki  mərhələyə  bölünür

 

İngiltərədə  təhsil  Milli  tədris  planına  əsasən  həyata  keçirilir  və  bütün  dövlət  məktəbləri  bu  tədris  planına  uyğun  şəkildə  sistem  qurur. “Primary  School” ( ibtidai  təhsil)  “Key stage  1”  və  Key  stage  2, Secondary  School ( ümumi  orta  təhsil)  Key  stage  3  və  Key  stage  4 olmaqla  mərhələlərə  bölünür. Daha  sonra isə  Sixth  from  collage ( Key  stage  5)  və  universitet  mərhələsi  gəlir.

 

Ümumi-orta  təhsil  pilləsinin  sonunda  məktəblərin  təhsil  keyfiyyətini  ölçmək  üçün  imtahanlar  təşkil  edilir

 

Key  Stage  1 qəbul  sinfi  ilə  ikinci  sinif  arasında  5-7  yaş  aralığındakı  uşaqları, Key  stage  2  isə  üçüncü  sinif  və  altıncı  sinif  arasındakı  8 - 11 yaş  aralığındakı  uşaqları  əhatə  edir. Key  stage  2  sonunda  uşaqlar  SATS (Standart  Attainment  Tests)  adlandırılan  ölkə  səviyyəsində  imtahanlar  verirlər. Ancaq  bu  imtahanlarda  uşaqların  deyil  məktəblərin  təhsil  səviyyələri  ölçülür. İbtidai  təhsilin  sonunda  keçirilən  bu  imtahanlar  şagirdlərin  gedəcəkləri  ümumi-orta  təhsil  müəssisələrinə  hər  hansı  bir  təsir  göstərmir.  Şagirdin  təhsil  olacağı  ümumi-orta  təhsil  müəssisəsi  6-cı  sinfin  sonunda  müəyyən  edilir, SATS  imtahanı  isə  tədris  ilinin  sonunda  keçirilir.

                                                                           

Grammer  School  imtahanlarına  əsasən  şagirdin  təhsilini  davam  etdirəcəyi  müəssisə  müəyyən  edilir

 

İbtidai  təhsil  alan  şagirdlərin  gedəcəkləri  ümumi –orta  təhsil  müəssisəsinə  təsir  edəcək  tək  imtahan  6-cı  sinfin  əvvəlində  keçirilən  Grammer  School  imtahanıdır. Olduqca  çətin  olan  bu  imtahanda  məktəbə  görə  yüksək  nəticə  göstərənlər  ümumi-orta  təhsil  pilləsini  yaşadığı  şəhərdə  yaxud  istədiyi  başqa  bir  şəhərdəki  akademik   uğuru  olduqca  yüksək  olan  Grammer  məktəblərində  oxumağa  haqq  qazanırlar.

 

Dərs  ili  ərzində  çox  sayda qısa  müddətli  tətillər  verilir

 

İngiltərədə  ibtidai  təhsil  müəssisələrindəki  dərs  ili  müddəti  ortalama  38  həftə, yay  tətili  isə  6  həftədir. Bununla  yanaşı  2  həftə  Yeni  il  tətili, iki  həftə  bahar  tətili( pasxa  bayramı), Oktyabr, Fevral  və  May  aylarında  da  bir  həftəlik  half  term ( yarım  il)  tətili  verilir. İngiltərə  məktəblərində  yay  tətili  iyulun  3-cü  həftəsi  başlayır  və  sentyabrın  ilk  həftəsinə  kimi  davam  edir. Yəni  İngiltərədə  uzun  yay  tətili  əvəzinə  ilk  boyu  müəyyən  vaxtlarda  qısa  müddətli  tətillər  verilir.

 

Valideynlərin  seçimi  üçün məktəblər  dəyərləndirilir  və  nəticə  internetə  yerləşdirilir

 

İngiltərəyə  köçən  zaman  ailələr  üçün  çətinlik  yaradan  mövzulardan  biri  də  məktəb  seçimidir. Uşaqların  yaxşı  məktəblərdə  təhsil  almağını  istəyən  valideynlər  bu  məktəblərin  yaxınlığında  yaşamalıdırlar. Bəs  məktəblərin  təhsil  keyfiyyəti  necə  öyrənilir? Uşaqlar  və  gənclər  üçün  təhsil  verən  müəssisə  və  şəxsləri  müəyyən  zamanlarda  yoxlayan  dövlət  idarəsi  olan  OFSTED (Office for Standards in Education, Children’s  Services  and  Skills)  məktəblərdə  yoxlama  keçirir, sinifləri, şagirdləri  və  məktəb  rəhbərlərinin  fəaliyyətini  incələyib  hesabat  hazırlayır. Bu  hesabatlara internet  vasitəsi  ilə  hər  kəs  baxa  bilər. Məktəblər:

 

  • Outstanding (Çox yaxşı)
  • Good (Yaxşı)
  • Requires İmprovement (İnkişaf etməlidir)
  • İnadequit ( Səriştəsiz)

olaraq  dəyərləndirilir.

 

Şagirdlər  yuxarı  sinifdə  keçəcəkləri  dərsləri  özləri  seçir

 

Key  Stage  3 -  7, 8  və  9-cu  siniflərdə  təhsil  alan  12-14  aralığındakı  şagirdləri  əhatə  edir. Bu  mərhələ  üçün  rəsmi  imtahanlar  keçirilmir. Ümumi-orta  təhsil  pilləsinin  sonunda  şagirdlər  10  və  11-ci  siniflərdə  təməl dərslərlə  (Riyaziyyat,İngilis  dili  və  Elmi  biliklər)  yanaşı  hansı  dərsləri  keçmək  istədiklərini  seçirlər. Key  Stage  4 isə 10  və  11-ci  siniflərdə  təhsil  alan  15-16  yaş  aralığındakı  şagirdləri  əhatə  edir. Bu  mərhələ  İngiltərə  təhsilində  ən  vacib  dövr  olaraq  hesab  edilir. Bu  təhsil  pilləsinin  sonunda  şagirdlər  GCSE (General Certificate of Secondary Education),  yəni  ümumi  orta  təhsil  pilləsini  bitirmə  imtahanı  olaraq  bilinən  imtahanı  verirlər. GCSE  sertifikatını  alan  şagirdlər  istəyərlərsə  2  il  sonra  18  yaşlarında  Yüksək  Səviyyə  Təhsil  Diplomu (Certificate  of  Education  at  Advanced  Level-GCE A-Level) üçün  imtahan  verməyə  haqq  qazanırlar. Yalnız  bu  imtahanın  nəticələrinə  əsasən   şagirdlər  universitetə  qəbul  ola  bilərlər.

 

Növbəti  təhsil  pilləsində  şagirdlər  təhsilini  peşə  təhsili  üzrə  yaxud  akademik  istiqamətdə  davam  etdirə  bilərlər

 

Key  Stage  5 - 12  və  13-cü  siniflərdə  16-18  yaş  aralığındakı  şagirdləri  əhatə  edir. Bu  təhsil  pilləsi  16  yaşını  tamamlamış  şagirdləri  2  il  boyunca  Yüksək  Səviyyə  Təhsil  Diplomu (Certificate of Education at Advanced Level-GCE A-Level)  qısaca  A - Level yəni  qəbul   imtahanlarına  hazırlayır. Bu mərhələdə  şagirdlər  könüllü  olaraq  akademik  olaraq  A-Level  və  ya  peşə  kursları  olan  BTEC  kurslarında  təhsillərini  davam  etdirə  bilərlər. İki  kurs  modeli  də  şagirdləri  universitetəı  hazırlayır. Ancaq  A- Level  imtahanı  üçün  təhsil  alan  şagirdlər  akademik  olaraq  daha  çox  dərsin  məlumata  sahib  olduqları  üçün  daha  nüfuzlu  və  yaxşı universitetlərə  göndərilirlər. Eyni  zamanda  .agirdin  qəbul  olacağı  universitet  bu  imtahanın  nəticələrinə  əsasən  müəyyənləşir. BTEC  kimi  peşə  kurslarına  qatılan  şagirdlər  isə  kursun  sonunda  universitetə   ehtiyac  olmadan  birbaşa  iş  həyatına  addım  ata  bilərlər.

 

İngilis  və  Avropa  Birliyi  vətəndaşları  ömür  boyu  ödənişsiz  ali  təhsil  ala  bilərlər

 

İngiltərədə  ali  təhsil  ödənişlidir. Universitetin illik ödənişləri İngilis  və ya Avropa Birliyi vətəndaşları üçün 6 - 9 min  Sterlin(İngiltərə pul  vahidi) arasında olduğu halda, digər tələbələr üçün 15 - 25 min Sterlin  arasında dəyişir. İngiltərə və ya Avropa Birliyi vətəndaşı olan tələbələr  iş həyatına başladıqdan sonra universitetin  təhsil  haqqını  ödəmək  üçün Regional Təhsil Müdürlüklərinə müraciət edə və universitet həyatı  boyunca  pulsuz  təhsil ala bilərlər. Başqa ölkələrin vətəndaşları üçün  isə  belə bir fürsət yoxdur.

 

Universitetlər  müstəqil  qurumlar  olsalar  da  dövlət  tərəfindən  maliyyələşdirilirlər

 

İngilis  vətəndaşı, yaxud  İngilis  vətəndaşlığı  almış  xarici  ölkə  vətəndaşı  olmağınızdan  asılı  olmayaraq  övladınızın  təhsil  haqqının  dövlət  tərəfindən  qarşılanmasını  istəyirsinizsə  o  əvvəlki  3  illik  təhsil  müddətini  İngiltərədə  keçməlidir. Əks  təqdirdə  İngilis  vəttəndaşı  olnmayan  biri  olaraq  heç  bir  avantajınız  olmur. İngiltərədəki  universitetlər  müstəqil  qurumlardır və digər Avropa  ölkələrində  olduğu  kimi  dövlətə  məxsus  deyildir. Ancaq  yenə də onların  böyük  əksəriyyəti  dövlət  tərəfindən  maliyyələşdirilir.