Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-30 15:32:00
Ukrayna universitetlərinə tələbə qəbulu aparılacaq- Nazirlik mexanizm hazırlayır

 

Rusiyanın Ukraynaya silahlı müdaxiləsi və hərbi vəziyyətin elan olunması ilə bağlı ali təhsil müəssisələrinə qəbul prosesində birdəfəlik dəyişiklik edilməsilə bağlı qanun layihəsi müzakirə olunur.

 

Ukrayna Elm və Təhsil Nazirliyində 2022-ci il üçün ali məktəblərə bakalavr səviyyəsi üzrə qəbul prosesinə hazılıq aparılır, prosesin detalları hələ məlum deyil.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ukraynanın elm və təhsil naziri Sergey Şkarlet məlumat yayıb.

 

Qəbul imtahanlarında iştirak edəcək namizədlərin qeydiyyatı 9 aprel tarixinə kimi aparılacaq.

 

Hazırda işğal olunmuş, yaxud hərbi əməliyyatların davam etdiyi ərazilərdə olan abituriyentlərə xüsusilə müraciət olunaraq iştirak üçün qeydiyyat kartı yaratmalarının vacibliyi vurğulanıb. Bildirilib ki, bu ərazilərdə olan abituriyentlərin müraciət zamanı məlumatları şəxsən özlərinin qeyd etməsi vacib deyil, bu internetə əlçatanlığı olan dostları, yaxınları tərəfindən də həyata keçirilə bilər.

 

Ümumi orta və peşə təhsili müəssisələrinə də müracit edilərkən məzunların qeydiyyat prosesi və sənədlərin mərkəzə təhvil verilməsində aktiv iştirak etmələri, eyni zamanda namizədləri daim məlumatlandırmaları xahiş edilib.