Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-30 12:13:00
Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə- Cənubi Koreyada təqaüd İMKANI

 

Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Seul Milli Universiteti müxtəlif dünya ölkələrindən olan tələbələr üçün qapılarını açır.

 

Universitet magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün  təqaüd imkanı təqdim edir.

 

AzEdu.az xəbər verir ki, təqaüd tam şəkildə maliyyələşdiriləcək, universitetdə təhsil aldığı müddətdə tələbənin bütün təhsil xərcləri qarşılanacaq.Təhsil haqqı, yaşayış xərcləri, aviabilet,kirayə ödənişi və s. kimi xərclər buraya daxildir. Həmçinin Koreya dilini öyrənmək istəyənlər üçün də xüsusi imkanlar yaradılacaq. Bununla yanaşı akademik dəstəyə ehtiyacı olanlara əlavə maliyyə təklif oluna bilər.

 

Bəs təqaüd imkanı hansı sahələri əhatə edir?

 

  1. Humanitar elmlər
  2. Təbiət elmləri
  3. Biznesin idarə edilməsi
  4. Kənd təsərrüfatı
  5. Təhsil
  6. İnsan Ekologiyası
  7. Dövlət İdarəçiliyi
  8. Beynəlxalq tədqiqatlar
  9. Ətraf mühitlə bağlı tədqiqatlar
  10. Mühəndislik
  11. Tibb elmləri
  12. İncəsənət

Müraciət prosesi üçün son tarix 2022-ci il aprel ayının sonudur.

 

Ətraflı məlumat və müraciət üçün buraya daxil ola bilərsiniz.