![](https://azedu.az/uploads/news/2018/03/15206130932316452427_1000x6691520616243.jpg)
“Clarivate Analytics” təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın təhsil proqramları üzrə direktoru Valentin Boqorov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
UNEC-dən AzEdu.az-a verilən məlumata görə, bu ali məktəbin rektoru, professor Ədalət Muradovla keçirilən görüşdə “Thomson Reuters” agentliyi ilə universitet arasında əməkdaşlığın istiqamətləri, xüsusən elmi seminar, beynəlxalq konfransların təşkili və elmmetrik məktəbin yaradılması məsələləri müzakirə olunub.
UNEC-in ev sahibliyi ilə keçirilən “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf, çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın elmi ictimaiyyətdə böyük maraq doğurduğu və konfrans materiallarından ibarət kitabın çap olunduğu qeyd edilib. Bildirilib ki, “Thomson Reuters” və UNEC-in birgə təşkilatçılığı ilə daha bir beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.
UNEC-in beynəlxalq səviyyəli universitet olması istiqamətində məqsədyönlü addımların atıldığından məmnunluğunu ifadə edən O.Utkin “Thomson Reuters”in bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini bildirib. O, UNEC-in nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artdığını yüksək qiymətləndirərək universitetin dünya elm məkanına uğurla inteqrasiya etdiyini söyləyib. UNEC-in elmi aləmdəki nüfuzunu nəzərə alaraq elmmetrik məktəbin məhz burada yaradılmasının vacibliyi vurğulanıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)