Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-01 15:48:00
Sabiq AMEA prezidenti – “Xəstəyəm, orada baş verənləri izləyə bilmirəm”

 

 

 “AMEA-da baş verənlər onların daxili məsələsidir”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında AMEA-nın sabiq prezidenti, akademik Eldar Salayev deyib.

 

 

O, AMEA-da son vaxtlar baş verən hadisələrə fikir bildirməyin düzgün olmadığını qeyd edib:

 

 

“Hazırda AMEA-da baş verən proseslərə qarışmaq istəməzdim. Bu, onların öz daxili məsələsidir. Orada rəhbərlik və işçilər fəaliyyət göstərir, ona görə də bu məsələlərlə bağlı danışmağım düzgün olmazdı.

 

 

25 ildən çoxdur ki, AMEA-dan uzaqlaşmışam, ona görə də çox maraqlanmaq imkanım olmur, lakin hərdən orada baş verənləri izləmək şansı əldə edirəm. Amma  xəstə olduğum üçün prosesləri dərindən incələyə bilmirəm, çünki səhətimlə bağlı müalicə alıram”.

 

 

Qeyd edək ki, Eldar Salayev 1983-1997-ci illər ərzində AMEA-nın prezidenti vəzifəsini icra edib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları