Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-25 16:41:00
Orta məktəblərin 6-11-ci sinifləri üçün yeni Atlas

Orta ümumtəhsil məktəbləri üçün dərs vəsaiti olan Atlasın yeni nəşri Azərbaycan və rus dilində çapdan çıxıb.

 

AzEdu.az xəbər verri ki, 6-11-ci siniflər üçün nəzərdə tutulan dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil  İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə tövsiyə və təsdiq edilib.

 

Baş redaktoru mərhum akademik Ramiz Məmmədovun olduğu Atlasın xüsusi məzmununun hazırlanması Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov və digərlərinə aiddir.

 

Dərs vəsaiti coğrafi məkan, təbiət, cəmiyyət və Azərbaycan Respublikası başlıqları ilə 4 hissədən ibarətdir. Coğrafiya fənni üzrə yeni proqram əsasında hazırlanan Atlasa Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü üzrə əlavə olunan xəritələr daxil edilib.