Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-22 12:57:00
Texniki Universitetdə “Texnofest-2022” festivalının təqdimatı olub  

Azərbaycan Texniki Universitetində (AzTU) bu il ölkəmizdə keçiriləcək dünyanın ən böyük aerokosmik və texnologiya festivalı “Texnofest-2022”nin təqdimatı olub.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə çıxış edən rəqəmsallaşma və layihələr üzrə prorektor Rəşad Əliyev festival barədə məlumat verib. Bildirib ki, AzTU “Texnofest-2022” festivalının Azərbaycandakı rəsmi tərəfdaşıdır. R.Əliyev texnologiya sahəsində çalışan, bu sahəyə marağı olan hər kəsi festivalda iştiraka dəvət edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Texnofest” ofisinin əməliyyat meneceri Zeynəb Babayeva festivalda iştirak qaydaları və şərtləri, müsabiqələr, mükafat fondları və digər məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, festivalda iştirak etmək istəyənlər bu və digər məlumatları daha ətraflı şəkildə https://teknofest.az/az/ saytından əldə edə bilərlər.

Sonda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, “Texnofest-2022” mayın 26-29-da “Baku Crystal Hall” və Dənizkənarı Milli Parkda keçiriləcək.