http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2022-01-18 16:18:00
DİM-də Azərbaycan dili, ingilis dili və kimya fənləri üzrə işçi qruplarının iclası keçirilib

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasında gündəlik məsələ ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan tövsiyələrin hazırlanması olub.

 

AzEdu.az xəbər verir ki, Kimya fənni üzrə işçi qrupunun iclasında isə gündəlik məsələ 2021-ci ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları və mövzulara uyğunluq baxımından təhlili olub. Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

İşçi qruplarının növbəti iclası 24-25 yanvar 2022-ci il tarixlərində olacaq.