Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-03 15:34:00
İngilis dili müəllimlərinin xarici dil bacarıqlarına dair TKT imtahanına qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzinin (DİM) Kembric ingilis dili üzrə qiymətləndirmənin rəsmi test mərkəzi olaraq ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiqləyən TKT (Teaching Knowledge Test) imtahanlarına apardığı qeydiyyat davam edir.

 

Bu barədə AzEdu.az-a Mərkəzdən məlumat verilib. DİM “TKT Module 1”, “TKT Module 2”, “TKT Module 3”, “TKT Module YL”, “TKT Module CLIL” modullarını təqdim edir.

 

İmtahan 2022-ci il yanvarın 29-da keçiriləcək. Qeydiyyat üçün dekabrın 10-dək müraciət etmək olar.