https://www.zirve.edu.az/ #
2021-11-19 11:30:00
Macarıstan 2022-2023-cü tədris ili üçün təqaüd proqramı davam edir     

Macarıstan 2022-2023-cü tədris ili üçün təqaüd proqramı elan edir.

 

AzEdu.az xəbər verir ki, təqaüd proqramı Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında yanvarın 6-da imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

 

Təqaüd proqramına sənəd qəbulu 2022-ci il yanvarın 15-i saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2022-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

 

Proqram çərçivəsində əlavə məlumatIarla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.